XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2018 - 11:46

Ankara Suriyada quru əməliyyatının başlanacağıvaxtı açıqlayıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin əyalətində quru əməliyyatı yanvarın 21-də başlaya bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yanvarın 20-də Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

“Aviasiyamız nəzərdə tutulmuş hədəflərin əksəriyyətini məhv edib. Sabah, (yanvarın 21-də-red.)  şəraitdən asılı olaraq, quru qoşunlarımız lazımi işi görəcək. Onlar Azad Suriya Ordusu ilə birgə əməliyyat keçirəcək”, – deyə B.Yıldırım qeyd edib.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.