XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

21 Yanvar 2018 - 15:57

KXDR nümayəndə heyəti Cənubi Koreyaya gəlib

Yeddi nəfərdən ibarət KXDR nümayəndə heyəti Pxyonçxan şəhərində keçirələcək Qış Olimpiya Oyunları zamanı musiqiçilərin çıxışına hazırlıq görmək məqsədi ilə Cənubi Koreyaya gəlib.

Trend-in məlumatına görə, iki gün davam edəcək səfər zamanı nümayəndə heyətinin üzvləri musiqiçilərin çıxış edəcəyi obyektlərə baxış keçirəcək.

Xatırladaq ki, bir neçə mərhələdən ibarət danışıqlardan sonra Seul və Pxenyan Cənubi Koreyada keçiriləcək Olimpiya Oyunlarına hökümət rəsmiləri və idmançıların daxil olduğu Şimali Koreya nümayəndə heyətinin göndərilməsi barədə razılığa gəliblər.