Çexiyanın paytaxtı Praqada yerləşən "Eurostars David" mehmanxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı 4 nəfər çatıb.
Trend-in məlumatına görə, daha əvvəl 2 nəfərin öldüyü bildirilirdi.
Çexiya polisinin nümayəndəsi Yan Danek bildirib : "Yanğın nəticəsində 1996-cı il təvəllüdlü Almaniya vətəndaşı və 1997-ci il təvəllüdlü Cənubi Koreya vətəndaşı həlak olub".