Suriya hökumət qüvvələri tərəfindən İdlib əyalətinin şərqində "Cəbhət ən-Nüsra" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlanılıb.
RİA "Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda 1500-dən çox terrorçunun mühasirəyə aldığı bildirilir.İdlib əyalətində irimiqyaslı əməliyyatlar yanvar ayının əvvəlindən başlanıb. Artıq 24 yaşayış məntəqəsi terrorçulardan azad edilib.