XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2018 - 13:28

AŞPA prezidenti vəzifəsinə seçki keçirilməyəcək –Cəmi bir namizəd var

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə yalnız bir namizəd var.

"Report"un Fransa bürosunun məlumatına görə, bu, italiyalı deputat Mikele Nikolettidir. Bu vəzifəyə cəmi 1 namizəd olduğundan seçkilər keçirilməyəcək. M.Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.