XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

22 Yanvar 2018 - 15:47

AŞPA-nın yeni prezidenti:“Münaqişələri həll edə bilmirik, siyasətçilərə inam itib”

"Avropa Şurası məkanında münaqişələrin sayı artıb. Biz bu münaqişələrin həllinə nail olmadığımız üçün vətəndaşların siyasətçilərə inam itib".

"Report"un Fransa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti, italiyalı deputat Mikele Nikoletti bu gün assambleyada çıxışda bildirib. O qeyd edib ki, avropalı siyasətçilər bu məsələdə daha diqqətli olmalıdır: "Biz təşkilatın reputasiyasını qaldırmaq üçün birlikdə çalışmalıyıq, milli maraqları yox, ümumi maraqlara xidmət etməliyik".