XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Yanvar 2018 - 17:54

Türkiyənin baş naziri:"Zeytun budağı"nda indiyədək heç bir itkimiz yoxdur”

 “İndiyədək heç bir itkimiz yoxdur”.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım əsas müxalifət təşkilatı, Cümhurriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə 50 dəqiqəlik görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında “Zeytun budağı” əməliyyatı haqqında danışarkən bildirib.

“İndiyədək heç bir itkimiz yoxdur. Ancaq Kilisdə dislokasiya olunan hərbçilərimizə açılan təxribatçı atəş nəticəsində bir əsgərimiz yüngül yaralanıb. Afrində yaşayan ərəb, türkmən, kürd və başqa yerli sakinləri PKK, İŞİD terror qruplaşmalarının təzyiq və işgəncələrindən qurtarmaq istəyirik”, – B.Yıldırım vurğulayıb.

K.Kılıçdaroğlu deyib ki, baş nazir Afrindəki hadisələrlə bağlı ona məlumat verib: “Türkiyənin sərhəd təhlükəsizliyi çox əhəmiyyətlidir”.