XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

22 Yanvar 2018 - 23:40

ABŞ-ın vitse-prezidenti  İsrailə gəlib –Maykl Pens nələri müzakirə edəcək?

ABŞ-ın vitse-prezidenti Mayk Pens bazar günü İsrailə səfərə başlayıb.

Bu, prezident Donald Trampın ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Birləşmiş Ştatların səfirliyini bu şəhərə köçürməsi prosesi ilə bağlı qərarını elan etməsindən sonra yüksək səviyyəli Amerika rəsmisinin ölkəyə ilk səfəridir. Qüdsün statusu məsələsi İsrail-Fələstin münaqişəsində ən həssas məsələlərdən biridir.

Prezident Trampın bu qərarından sonra Vaşinqtonun artıq İsraillə hər hansı danışıqlarda vaəsitçi ola bilmədiyini deyən Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas vitse-prezident Pensin səfəri ərəfəsində xarici ölkəyə səfər edib.

ABŞ-ın vitse-prezidentini Ben Qurion hava limanında İsrailin turizm naziri Yariv Levin qarşılayıb.

Bazar günü kabinetinin iclasında danışan İsrailin baş naziri Netanyahu Mayk Pensi İsrailin böyük və həqiqi dostu adlandırıb. Natanyahunun sözlərinə görə, qarşıdan gələn görüşlərdə ABŞ-ın İranın təcavüzünün qarşısını almaq səyləri, İranın nüvə proqramı və regionda sülh və təhlükəsizliyin təmin olunması yolları kimi məsələlər müzakirə ediləcək.

ABŞ-ın vitse-prezidenti Mayk Pens İsrailə İordaniyadan sonra səfər edib. Bundan öncə Əmmanda olduğu zaman İordaniya kralı Abdulla vitse-prezident Mayk Pensə Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı narahatlığını ifadə edib.

Səfərinin ilk dayanacağı olan Qahirədə Pens Misir prezidenti Əbdül Fəttah Əl-Sisi və digər rəsmilərlə görüşüb. O, danışıqlarda ABŞ-ın Misirə terrorizmlə mübarizədə dəstəyini davam etdirəcəyini vəd edib. (Amerikanın Səsi)