Erməni oliqarxlar hakim Respublika Partiyasının Ermənistan prezidenti vəzifəsinə Armen Sarkisyanın namizədliyinin təqdim olunmasına qarşı çıxmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri yazır.
Qeyd olunur ki, bir sıra oliqarxlar Ermənistanın biznes həyatında A.Sarkisyanın simasında yeni rəqibin peyda olacağından narahatdırlar.
Onların fikrincə, A.Sarkisyan biznesin bəzi sahələrini ələ keçirməyə çalışacaq.
Erməni KİV-lərinin yazdığına görə, yaxın zamanlarda A.Sarkisyanı etibardan salacaq məlumatlar yayıla bilər ki, bu da onu prezidentlik iddialarından əl çəkməyə vadar edə bilər.