XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2018 - 13:48

Türkiyə “Zeytun budağı” əməliyyatındayerli silah və texnikalardan istifadə edir

Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatında yerli istehsallı raket, vertolyot və digər silah və texnikalardan istifadə edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatına hərbi mənbə bildirib.

Mənbə deyib ki, Suriyanın Afrin şəhərində YPG və PYD terror təşkilatlarının hədəf və mövqelərinin məhv edilməsi üçün yerli istehsallı lazer tuşlama sistemli CIRIT raketlərindən istifadə olunur. Bu raketlər isə yerli istehsallı ATAK vertolyotlarına quraşdırılıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.