XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2018 - 18:28

Paris:Sena çayı məcrasından çıxıb, 6 dəmir yolu stansiyası bağlanıb.

Sena çayının məcrasından çıxması nəticəsində daşqın təhlükəsinin yaranması səbəbindən Fransanın paytaxtında 6 dəmir yolu stansiyası bağlanıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Fransanın SNCF dəmir yolu kompaniyası bu addımın sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün atıldığını bildirib.

Sena çayında suyun səviyyəsi son günlər xeyli artaraq 5 metrə çatıb. Həftə sonuna qədər Parisdə vəziyyətin bir qədər də ağırlaşacağı, suyun səviyyəsinin 6,2 metrə qədər qalxacağı gözlənilir. Çayın məcrasından çıxması nəticəsində bir çox avtomobil yolu su altında qalıb. Sahilin bilavasitə yaxınlığında yerləşən Luvr və Orse muzeylərinin rəhbərliyi daşqın təhlükəsi ilə bağlı incəsənət əşyalarının aşağı mərtəbələrdən yuxarıya daşınması üçün göstəriş verib.

Güclü leysan yağışlarının səbəb olduğu daşqın riski tək paytaxt regionu üçün təhlükə yaratmır. Meteoroloji xidmət orqanları Fransanın şərqində və şimal-şərqində yerləşən 23 departamentində narıncı təhlükə səviyyəsi elan edib.