XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

24 Yanvar 2018 - 19:34

Türkiyə “Hızır 4×4” zirehli avtomobili uğurla sınaqdan keçirdi

Türkiyə "Hızır 4×4" zirehli hərbi avtomobili uğurla sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə yerli mətbuat hərbi mənbəyə istinadən yazır.

Hərbi maşının mina və fuqasların partladılması baxımından da uğurla sınaqdan keçdiyi bildirilir.

"Hızır 4×4" zirehli avtomobilin Türkiyə ərazisində PKK terrorçularına qarşı əməliyyatlarda istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, "Hızır 4×4" türk mütəxəssislər tərəfindən hazırlanıb və Türkiyədə istehsal olunub.