XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

24 Yanvar 2018 - 20:07

Hüquq müdafiəçilərinin ofisinə hücum edən 4 silahlı öldürülüb- Əfqanıstanda

Əfqanıstanın güc strukturları Cəlalabad şəhərində “Save the Children” beynəlxalq təşkilatının yerli ofisinə hücumun qarşısını almağa nail olublar.

Azərtac  xəbər verir ki, “Pajvak” agentliyinin yaydığı məlumata görə, hücumda iştirak edən 4 silahlı zərərsizləşdirilib.

Bu gün səhər terrorçu-kamikadze avtomobilə yerləşdirilən partlayıcı qurğunu binanın darvazası qarşısında işə salıb. Bundan sonra hərbi geyimdə olan bir qrup silahlı şəxs əraziyə soxulub. Təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurma yeddi saatdan çox çəkib.

Yerli 1TV telekanalının yenilənmiş məlumatına əsasən, 3 nəfər həlak olub, daha 24 nəfər yaralanıb. Ofisin 40-dan çox əməkdaşı xilas edilib.

Qeyri-kommersiya təşkilatı olan “Save the Children” uşaq hüquqlarının müdafiəsi ilə məşğuldur. Onun mənzil-qərargahı Londonda yerləşir. Təşkilat hücumla əlaqədar Əfqanıstanda fəaliyyətini dayandırdığını elan edib.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.