XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2018 - 11:47

Qətər Əmiri:""Zeytun budağı" hərbi əməliyyatını dəstəkləyirik"

Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı hərbi əməliyyatı dəstəkləyir.

Al Tani qeyd edib ki, Qətər Türkiyənin terror təşkilatlarına qarşı mübarizə üzrə bütün səylərini dəstəkləyir: "Türkiyənin öz təhlükəsizliyini təmin etməyə tam haqqı var".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.