XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 02:05

Vaşinqtondakı türk yazar:"Türkiyə “yumşaq gücü”nü dünyaya xatırlatmalıdır"

Sərdar TURQUT,

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

Vaşinqtonda danışdığım bütün mütəxəssislər bunda həmfikirdirlər ki, “”Fərat qalxanı” uğurlu bir hərbi əməliyyat olmaqdan çox o tərəfə olmaqla bərabər, Türkiyənin “yumşaq gücü”nü bütün dünyaya göstərib”.

”Fərat qalxanı” əməliyyatı uğurla tamamlandıqdan sonra Türkiyə infrastruktur, səhiyyə investisiyaları ilə və qurduğu təhsil sistemilə bölgədə gündəlik həyatı elə gözəl nizamladı ki, həyatları alt-üst olan suriyalılara gözəl və təhlükəsiz bir həyatın qurula biləcəyini aydın şəkildə göstərdi.

Amerikada məsələlərə obyektiv olaraq baxmağı bacaran mütəxəssislər “Zeytun budağı” əməliyyatı uğurla başa çatdırılıb təhlükəsiz bölgə yaradıldıqdan sonra orada yeni bir həyatı yenə Türkiyənin quracağını bildirərək, deyirlər: “Əlində belə konkret nümunəsi olan Türkiyənin bu gücü bütün dünyaya xatırlatması lazımdır”.

 

Model yaratmaq gücü Türkiyədədir

 

Həmin mütəxəssislər Amerikanın Suriyanın şimalında kürdlərlə birlikdə qurmağa çalışdığı qurumu da bu ölkənin bütününə model ola biləcək bir sistem olaraq planlaşdırmağa çalışdığını, bu hədəfin bölgədə kürdlərin əlinə güc verdiyini, bu səbəblə "Fərat qalxanı” əməliyyatından sonra Türkiyənin gündəlik həyatı qurma prosesinin Suriyaya əsl model ola biləcəyini və Türkiyənin bu “yumşaq gücü”nü mütləq istifadə etməsinin lazım olduğunu vurğulayırlar.

Söhbət etdiyim qaynaqların hər biri “Əlbəttə ki, hərbi güc və uğur çox əhəmiyyətlidir, amma Türkiyə “yumşaq gücü” ilə etdiklərinin gələcək üçün daha əhəmiyyətli olduğunu da görməlidir” deyir.

 

Suriyanın siyasi gələcəyi

 

Kürdlərin Suriyanın şimalında bir model yaratma iddiası ilə ortaya çıxdığı bu günlərdə Türkiyənin bu gücünü və bu günə qədər etdiklərini bütün dünyaya yenidən xatırlatmasının xüsusilə önəm qazandığı bildirilir.

Vyanada BMT nəzarətində aparılan və Soçidə Rusiyanın təşəbbüsü ilə keçiriləcək beynəlxalq dialoqlarda Suriyanın siyasi və sosial gələcəyinin necə qurulacağı müzakirə ediləcək. Amerika bu görüşlərin pərdə arxasında davamlı olaraq öz təşəbbüsü ilə Suriyanın şimalında kürdlərin quracağı nizamın bütün Suriyanın gləcəyi üçün bir model ola biləcəyini anladır.

Mənimlə danışan mütəxəssislər Türkiyənin əlində böyük kozırın olduğunu, ”Fərat qalxanı” əməliyyatıyla qurtarılan bölgədə gündəlik həyatın hərtərəfli olaraq sürətlə yenidən qurulmasında Türkiyənin uğurlarını bütün dünyanın bildiyini söyləyirlər.

Mütəxəssislərin bu görüşlərinə mən də bir müşahidəmi əlavə etməliyəm: aylardır, ümumiyyətlə, Türkiyəyə qarşı mənfi mövqe nümayiş etdirən nəşrlərdə belə, ”Fərat qalxanı” əməliyyatıyla qurtarılan bölgədə həyatın necə yenidən gözəl nizamlandığını anladan yazılar oxuyuram.

Ümumiyyətlə, ölkəmizdən çox da xoşu gəlməyən yazarlar belə, Türkiyənin qısa müddətdə bölgədə gündəlik həyatı, – infrastrukturundan xəstəxanasına, təhsil sistemindən uşaq parklarına, qadın və kişi polislərdən formalaşan təhlükəsizlik sisteminə qədər, – çox gözəl nizamladığını söyləmək məcburiyyətində qaldılar.

Türk əsgərinin gücünü və cəsarətini onsuz da heç kim müzakirə etmirdi, ancaq ölkə olaraq gücümüzün bu tərəfini, bu “yumşaq gücümüzü” bu günlərdə dünyaya mütləq xatırlatmalıyıq.

 

Trampın yeni milli təhlükəsizlik strategiyası

 

“Trampın yeni strategiyasını bu qadın yazdı” başlıqlı yazımda (21 dekabr 2017-ci il) demişdirm ki, Bu günə qədər doktor Nadia Skadlounun (Nadia Schadlow) adı nə mətbuatda, nə də ictimaiyyət arasında müzakirə olundu. Ancaq bu gündən etibarən bunun dəyişəcəyi görünür. Çünki prezident Trampın son milli təhlükəsizlik strategiyasını yazan şəxsin doktor Nadia Skadlou olduğu öyrənildi. Bu məlumatın bu ana qədər Amerika mətbuatında yer almadığını da bilməniz lazımdır”.

Bax, öncəki gün (23 yanvar 2018-ci il – tərc.) Trampın milli təhlükəsizlik müşaviri H.R. Makmaster (H.R. McMaster ) vəzifəsindən ayrılan müavini Dina Pauelin (Dina Powell) yerinə bu Nadia Skadlounu təyin etdi. Bildirildiyinə görə, Skadlounun vəzifəsi milli təhlükəsizlik strategiyasının həyata keçirilməsini koordinasiya etmək olacaq. Yəni, qısası, öz yazdığı strategiyanı özü də icra edəcək.