XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 10:26

Suriya danışıqlarının 9-cu raundu- Nəticəsiz başa çatdı

Vyanada Suriya üzrə danışıqların 9-cu raundu nəticəsiz başa çatıb.

Azərtac xəbər verir ki, Suriya hökuməti nümayəndə heyətinin rəhbəri Bəşər əl-Cəfəri ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və İordaniya tərəfindən tərtib olunmuş və Suriya danışıqlarında siyası prosesi “yenidən canlandırmağa” xidmət edən sənədi imzalamaqdan imtina edib. O bildirib ki, həmin sənəd “heç yazıldığı mürəkkəb qədər” dəyərli deyil və indiyədək aparılan Cenevrə danışıqları, Soçidə nəzərdə tutulan konfrans və ümumilikdə Suriya ilə bağlı sülh prosesini pozmağa xidmət edir.

ABŞ-ın mövqeyini tənqid edən nümayəndə heyətinin rəhbəri bütün ümidlərin Rusiyanın Soçi şəhərində keçiriləcək konfransa bağlandığını da dilə gətirib. Rəsmi Dəməşq ümid edir ki, Soçi konfransından sonra Suriyadakı bütün siyasi qüvvələr xaricdən heç bir müdaxilə olmadan dialoq prosesinə başlayacaqlar. Lakin Suriya müxalifəti Soçi konqresinə skeptik yanaşır.

Qeyd edək ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın dəvəti və BMT-nin himayəsi ilə keçirilən görüşlərdə S. de Mistura hökumət və müxalifət nümayəndə heyətləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb. Bu zaman tərəflər arasında yaxınlaşmaya ümid bəslənilsə də, ciddi irəliləyiş əldə olunmayıb. Suriya müxalifətinin gələn həftəyə təyin olunan Soçi konfransında iştirak edəcəyi də sual altındadır.