XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 13:57

Merkelin taleyi tükdən asılıdır- Kansler təslim olmur

Almaniyada keçirilən parlament seçkilərindən dörd ay sonra – yanvarın 26-da, axşam saatlarında, nəhayət, Berlində ölkə parlamentini təşkil etmək haqqında rəsmi danışıqlar başlayıb. Danışıqları vahid blokdan çıxış edən Xristian-Demokrat İttifaqının (XDİ), Xristian-Sosialist İttifaqının (XSİ), habelə Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) nümayəndə heyətləri aparırlar.

Almaniyada “böyük koalisiya” adlandırılan bu cür formatın təzələnməsi Angela Merkel üçün Bundestaqda sabit əksəriyyətə malik hökumət formalaşdırmaqdan ötrü siyasi cəhətdən yeganə real imkan, onun özünün kansler vəzifəsində qalmağı üçün faktiki olaraq sonuncu şansdır.

A.Merkelin Azad Demokrat Partiyasından olan liberallarla və “İttifaq-90”/”yaşıllar”ın nümayəndələri ilə hökumət təşkil etmək üçün “Yamayka” deyilən ilk cəhdi bir ay sürən partiyalararası məsləhətləşmələrin ilkin mərhələsində uğursuzluqla nəticələnib.

Budəfəki cəhdin nə ilə başa çatacağını yaxın günlər göstərəcək(azərtac).