XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 19:03

Çexiyada prezident seçkilərinin ikinci turu:Miloş Zeman 54,4 səslə irəlidədir

Seçki məntəqələrinin 66 faizindən alınan məlumatlara əsasən, Çexiyanın hazırki lideri Miloş Zeman prezident seçkilərinin ikinci turunda irəlidə gedir. O, seçicilərin 54,4 faizinin (1,5 milyon nəfər) səsini toplayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin statistika idarəsinin məlumatına görə, digər namizəd, Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş seçicilərin 45,5 faizinin (1,25 milyon nəfər) etimadını qazanıb.

Miloş Zeman özünün antimüsəlman baxışları ilə tanınır. O, 2015-ci ilin miqrasiya böhranını Avropaya “təşkil olunmuş müdaxilə” hesab edir. Zemanın fikrincə, Müsəlmanlar Avropa ölkələrinə inteqrasiya oluna bilməzlər. O, həmçinin dəfələrlə Rusiyaya qarşı sanksiyaların ləğv olunmasına çağırışlar edib.

Draqoş isə Avropa İttifaqı ilə əməkdaşlıq və Rusiyaya qarşı sanksiyalar tərəfdarıdır. Praqanın “Aİ-də daha fəal rol oynamasını” vacib hesab edən Draqoş Çexiyanın avronu valyuta qismində qəbul etməsini dəstəkləyir.

Səsvermənin yekun nəticələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 21:00-da) dərc olunacaq.