XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 19:18

Suriya müxalifəti Soçi konfransınıboykot edib

Suriya müxalifəti gələn həftə Rusiyanın Soçi şəhərində keçirilməsi nəzərdə tutulan Suriya xalqlarının konfransında iştirak etməyəcək. Bu barədə məlumatı Suriyanın əsas müxalifət qrupu olan Suriya Danışıqlar Komitəsi öz “twitter” hesabı vasitəsilə yayıb.

Azərtac xəbər verir ki, komitə BMT-nin himayəsi altında aparılan Cenevrə danışıqları vasitəsilə Suriyada etibarli siyasi keçidə tərəfdar olduğunu elan edib.

Suriya müxalifəti adından Vyanada sülh danışıqlarına rəhbərlik edən Nasr əl-Hariri də bu xəbəri təsdiqləyib. O, boykota səbəb kimi konfrans öncəsi tərəflər arasında yetərincə irəliləyişin əldə olunmamasını göstərib.

Rusiyanın himayəsi altında yanvarın 29-30-da planlaşdırılan konfrans Suriyada sülhün bərqərar olması üçün BMT-nin nəzarəti altında aparılan Cenevrə və Vyana danışıqlarının davamı kimi nəzərdə tutulur. Lakin Suriya müxalifəti bu danışıqlarda hökumətin mövqeyinin daha çox dəstəklənəcəyini ehtimal edir.

Qeyd edək ki, yanvarın 25-26-da Vyanada keçirilən Suriya üzrə danışıqların 9-cu raundu nəticəsiz başa çatıb. Suriya müxalifəti danışıqların BMT himayəsi altında davam etdirilməsini tərəfdardır, hökumət dairələri isə Rusiyanın himayəsi altında Soçi konfransı sayəsində danışıqlarda yeni mərhələnin başlana biləcəyi qənaətindədir.