XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 19:48

21 nəfərlik terrorçu qrup zərərsizləşdirilib- İranda

İranın Qərb sərhədlərində 21 nəfərdən ibarət terrorçu qruplaşma zərərsizləşdirilib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda məlumat verilir.

Bəyanatda bildirilir ki, İŞİD terror təşkilatının üzvü olan 21 nəfər ölkənin qərb sərhədlərini qanunsuz yollarla keçərək sərhədyanı rayonlarda terror aktları törətməyə cəhd ediblər. Yaxalanan terrorçuların ifadələrindən məlum olub ki, radikal qruplaşma İranın bir neçə böyük şəhərində partlayışlar törətmək üçün ölkəyə soxulub.

Terrorçuların kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır(azərtac).