XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 21:08

Çində yanacağın pərakəndə satış qiymətinövbəti dəfə artırılıb

Çində cari ildə ikinci dəfə neft məhsullarının pərakəndə satış qiyməti yanvarın 27-dən artırılıb.

Azərtac xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyası benzinin və dizel yanacağının hər tonunun qiymətini müvafiq olaraq 65 yuan (10,7 ABŞ dolları) və 60 yuan (9,5 dollar) artırılması barədə qərar qəbul edib.

Bildirilir ki, buna səbəb dünya bazarında xam neftin qiymətinin yüksəlməsidir.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının pərakəndə satış qiymətini də müvafiq qaydada artırır.