XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2018 - 13:55

Henri Kissincer:“Ukraynanın Rusiyanın peyki olmasına icazə verilməməlidir”

  “Mən qeyri-populyar bir mənzərəni ifadə edəcəyəm: Ukraynanı NATO-ya daxil etməyə çalışmaq ağıllı fikir deyil, ancaq Rusiyanın bir peyki olmasına da icazə verilməməlidir.

“RİA Novosti” xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ABŞ senatının müdafiə komitəsinin dinlənmələrində çıxışı zamanı deyib. Onun fikrincə, Rusiyaya görə, Ukrayna 400 il onun ərazisinin bir hissəsi olub: “Digər tərəfdən bu ərazilər Avropa İttifaqı ilə bir sıra sahələrdə möhkəm əlaqələrə malikdir”.

Sabiq dövlət katibi bildirib ki, Ukrayna hadisələrin inkişafı nəticəsində hərbi sahədə olduğu kimi iqtisadi sferada da müstəqil olacaq və öz prioritetləri barədə məsələləri azad şəkildə həll edə biləcək.