XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

28 Yanvar 2018 - 12:51

Tramp Avropa İttifaqından şikayətlənib –"Bu, ədalətsizlikdir”


 

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ilə bir çox məsələlərdə problemin olduğunu bəyan edib.

APA-nın "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, D. Tramp bu problemin əsasən ticarətlə bağlı olduğunu bildirib. D. Tramp deyib ki, Brüssel ticarət məsələsində Vaşinqtona qarşı ədalətsizlik edir: "ABŞ mallarının Avropa İttifaqı bazarına daxil olması çox mürəkkəb prosedurlardan keçir. Ancaq Avropa İttifaqı  öz mallarını vergisiz, çox kiçik vergi müqabilində ABŞ-a göndərir. Bu, ədalətsizlikdir".