XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Yanvar 2018 - 18:52

 Rusiyada müxalifət küçələrə çıxdı –Navalnı həbs olundu

Rusiya polisi Moskvada icazəsiz etiraz aksiyasında iştirak etdiyi üçün müxalifətçi bloqer Aleksey Navalnını saxlayıb.

"Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edilir ki, Tverskaya küçəsində tərəfdaşları arasında olarkən saxlanılıb. Moskva Şəhər Prokurorluğu icazəsiz yürüş təşkilatçılarına xəbərdarlıq edib və kütləvi tədbirin keçiriləcəyi halda onlar üçün mənfi fəsadların olacağını bildirib. 

Strateq.az -ın  “Exo Moskvı” radiosuna istinadən verdiyi  məlumata görə, vəkili onunla görüşə buraxmırlar.

Qeyd edək ki, bu gün Moskvada və Rusiyanın regionlarında “Seçici tətili” adı ilə etiraz aksiyaları keçirilir. Etirazları Aleksey Navalnı təşkil edib.