XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

28 Yanvar 2018 - 20:17

“Brexit danışıqlarında mən Tereza Meydən daha sərt mövqe tutardım” –Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Avropa İttifaqı ilə Brexit haqda danışıqlarda Britaniyanın baş naziri Tereza Meyin hazırda tutduğu mövqdən daha sərt bir mövqe tutardı.

Tramp ITV televiziyasına müsahibəsində konkret bir şey demədən fərqli taktilardan istifadə edə biləcəyini bildirib: “Mən danışıqları bu yolla aparardımmı? Xeyr, mən bu məsələni indi müzakirə edilən bir şəkildə aparmazdım…Mən fərqli yanaşma seçərdim”,- o bildirib.

Britaniya 28 ölkənin daxil olduğu bloku 2019-cu ilin mart ayında tərk etməyə hazırlaşır. Mürəkkəb danışıqlar ləng gedir və Tereza Meyin kabinetində ayrılma prosesi ilə bağlı dərin fikir ayrılıqları mövcuddur. Pirs Morqanla müsahibəsində Tramp Britaniyaya səfər etməsini səbirsizliklə gözlədiyini deyib. O, kraliça İkinci Yelizaveta tərəfindən rəsmi dövlət səfərinə dəvət edilib. Tramp Britaniyada ifrat-sağçı qrupun sosial şəbəkədə yerləşdirdiyi video görüntüləri paylasdığına görə üzr istəyib. Bu, Tramp və Mey arasında gərginliyin yaranmasına və partlamentdə şikayətlərə səbəb olmuşdu.

Tramp müsahibədə həmçinin şahzadə Herri və amerikalı aktrisa Meqan Marklı gözəl cütlük adandırıb, lakin onların mayın 19-da Vindzor sarayında toyuna dəvət edilib-edilmədiyini bilmədiyini deyib. Toya dəvət edilən qonaqların siyahısı hələ açıqlanmayıb və şahzadənin mətbuat komandası dəvətnamələrin hələ göndərilmədiyini bildirib.

Müsahibə zamanı Tramp habelə bildirib ki, Birləşmiş Ştatlarla bağlı daha əlverilşli şərtlər haqda razılıq əldə olunsa, onun administrasiyası 2015-ci ildə imzalanmış iqlim dəyişikliyinə dair Paris müqaviləsindən çıxmaya bilər. O bunun bir səbəbini müqavilənin reallaşması səylərinin arxasında duran Fransa prezidenti Emmanuel Makrondan xoşu gəlməsi ilə izah edib. Müsahibə cümə axşamı günü Trampın Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosda olduğu vaxt keçirilib. (Amerikanın Səsi)