XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2018 - 21:34

Kiprdə prezident seçkiləri-Birinci turda qalib müəyyənləşməyib


Kiprin hazırkı dövlət başçısı Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində liderlik edir. Lakin bu nəticə ona birinci turda qalib gəlmək imkanı vermir.

“Report” xəbər verir ki, bu barədə ekzitpolların nəticələrində deyilir. Anastasiadis birinci turda səslərin 38-42 faizini toplayıb, onun yaxın izləyicisi, Kiprin Əməkçi Xalqının Mütərəqqi Partiyasının nümayəndəsi Stavros Malas 27-31 faiz səs qazanıb. Üçüncü yerdə Demokrat Partiyasının lideri Nikolas Papadopulos (21,5-24,5 faiz səs) gedir.

Prezident postu uğrunda ikinci turda Anastasiadis və Malas mübarizə aparacaq.

Prezident seçkilərinin II turu fevralın 4-də keçirilə bilər.