XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

28 Yanvar 2018 - 23:19

Ömər Çelik: “Terror qruplaşmaları ilə sona qədər mübarizə aparacağıq”

“İŞİD, PKK və başqa terror qruplaşmaları ilə sona qədər mübarizə aparacağıq”.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çelik deyib.

“Kati Piri deyir ki, PKK təhdid deyil. Yaxşı ki, onlar bu yanlış zehniyyətlərini bəlli edirlər. Amma biz onların dediklərinə əhəmiyyət verməyəcəyik. Türkiyə həm İŞİD, həm də PKK ilə mübarizə aparan yeganə ölkədir. Piri və onun bənzəri olan siyasətçilər öz ölkələrindəki təhdidi terror sayır, amma başqa ölkələrdəki terrorçuları cinayətkar hesab etmirlər. Problem onların terrora münasibətində deyil, insana, insanlığa münasibətlərindədir. Belələrinin AP-də yer alması faciədir”, – Çelik bildirib.

Qeyd edək ki, Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi, hollandiyalı siyasətçi Kati Piri türk ordusunun Afrində keçirdiyi antiterror əməliyyatları haqda danışarkən PKK-nın təhdid olmadığını demişdi.