XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 20:46

Hitlerçi Njdenin Yerevanda abidəsinin sökülməsi üçün 200 min imza toplanıb –Rusiya siyasətçiləri tələb edir

Rusiyada İrəvandakı Qarigen Njde abidəsinin sökülməsi üçün 200 min imza toplanıb.

Rusiya Dövlət dumasında “Faşizmin qəhrəmanlaşdırılması və neonasizmin dirçəlişi ilə mübarizə: qanunverici aspektlər” mövzusunda dəyirmi masa keçirilib.

Rusiyalı siyasətçilər qeyd ediblər ki, İrəvanda faşist Almaniyasına xidmət etmiş Qarigen Njdeyə abidə qoyulması və “erməni qəhrəman” adlandırılması qəbuledilməzdir.

“Bu abidə sökülməlidir”, – deyə dəyirmi masada müzakirə zamanı qeyd olunub. Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai palatasının üzvü Sergey Markov dəyirmi masada çıxışı zamanı Ermənistanı faşizmə kömək edir. “200 mindən çox insan “Change.org” saytında İrəvandakı Njde abidəsinin sökülməsinə səs verib”, – deyə o bildirib.

Qeyd edək ki, Q.Njde Vermaxtın cəza legionunun yaradıcısı olub. Bu legion Njdenin rəhbərliyi altında Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. Tarixi məlumatlara görə, legion təkcə Krımda 20 min insanı məhv edib. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə “Vladimirovskiy sentral” həbsxanasında ölüb. Erməni nasist indiyə qədər bəraət almayıb.

Rusiya Federasiyasının təşəbbüsü ilə 17 dekabr 2015-ci ildə BMT-nin Baş Assambleyası nasizm, irqçilik, ksenofobiya və dözümsüzlüyü pisləyən 70/139 saylı qətnamə qəbul edib. Ermənistan bu qətnaməyə imza atsa da, faşizm üzərində qələbənin 71-ci ildönümü ərəfəsində nasizmə xidmət edən Njdeyə İrəvanın mərkəzində abidə ucaldıb. Abidənin açılışında Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib. Ermənistan hakimiyyətinin bu addımı Rusiya, İsrail, Azərbaycan və dünyanın bir çox ölkələri tərəfindən sərt tənqid olunub. Erməni rəsmilər isə Qarigen Njdenin erməni xalqı üçün “qəhrəman” olduğunda israr edirlər.(publika.az)