Rusiyada prezidentliyə namizəd Kseniya Sobçakın koordinatoru Viktor Şirobokovun avtomobilinə od vurulub.
Hadisə Pskov şəhərində baş verib. Bu haqda Şirobokov özü məlumat verib. O bildirib ki, hadisə gecə saatlarında baş verib: “Moskvadakı seçki qərargahına getmək üçün evdən çıxdım və avtomobilimin yandırıldığını gördüm. Məsələ ilə bağlı polisə məlumat verdim”.(teleqraf.com)