XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2018 - 12:16

Yaponiya özəl buraxılış meydançası inşa edəcək- Süni peyklər üçün

Yaponiyaya məxsus birgə müəssisə ilk dəfə olaraq miniatür süni peyklər üçün özəl buraxılış meydançası inşa etmək barədə planını açıqlayıb.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, “Canon Electronics” və “IHI Aerospace” şirkətlərinin də daxil olduğu dördlük yeni layihəni 2021-ci ilədək tamamlamağı planlaşdırır.

“Canon Electronics” şirkətinin nümayəndəsinin bildirdiyinə görə, meydançanın ya Yaponiyada, ya da başqa münasib bir ölkədə inşası ilə bağlı araşdırmalara başlanıb.

Hazırda Yaponiyada ölkənin cənub-qərbindəki Kaqoşima prefekturasında yerləşən iki buraxılış meydançası var. Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi həmin meydançaların operatorudur.