XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 13:21

Aİ-ABŞ:cərimələr müharibəsi

Avropa İttifaqı Şurası ABŞ Administrasiyasının Avropa məhsullarına cərimə rüsumları tətbiq etməsini cavabsız qoymayacaq. “İxracımız Birləşmiş Ştatların məhdudlaşdırıcı ticarət tədbirlərindən zərər çəkərsə, Avropa İttifaqı tez və lazımi cavab verəcək”, – deyə Avropa Komissiyasının adının açıqlanmadığı nümayəndəsi bildirib.

Azərtac “Bild” nəşrinə istinadla xəbər verir ki, Brüsselin nəzərində ticarət siyasətində “qalib və məğlublar”dan söhbət getmir. Azad və ədalətli ticarətdən hər iki tərəf qazanır. Avropa Komissiyasının nümayəndəsi Avropa İttifaqı Şurasının hansı cavab tədbirləri görəcəyini açıqlamayıb.

Prezident Donald Trampın seçkiqabağı platformasının əsas müddəalarından biri ABŞ istehsalçılarının müdafiəsi və “ilk növbədə Amerika” şüarı olmuşdu. Bir neçə gün əvvəl Vaşinqton idxal olunan paltaryuyan maşınlara və günəş batareyalarına yeni rüsumlar tətbiq edib. Bu, ilk növbədə Çin və Koreya Respublikasından olan istehsalçılara mənfi təsir göstərib.