XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2018 - 16:43

HƏMAS hərəkatının liderlərindən biri öldü –Səbəb

Qəzza sektoruna hakim HƏMAS hərəkatının liderlərindən biri İmad əl-Alyami silahla ehtiyatsız davranması nəticəsində aldığı ağır yaradan ölüb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Rəsmi versiyaya görə, HƏMAS-ın Siyasi Bürosunun keçmiş üzvü yanvarın 9-da şəxsi tapançasını yoxlayarkən yanlışlıqla başına atəş açıb və o vaxtdan bəri Fələstin anklavının əsas xəstəxanasında huşsiz vəziyyətdə qalıb.

HƏMAS-ın sözçüsü Əbdüllətif əl-Kanua onun "Şifa" klinikasında öldüyünü bildirib.

Qeyd edək ki, əl-Alyaminin 62 yaşı var idi. O, 2012-ci ildə Qəzza sektoruna gəlməzdən əvvəl Suriyada yaşayıb. 2014-cü ildə əl-Alyami yaralanıb və ayağını itirib.