Moskvanın şimalında, Leninqrad şosesində avtobus tuneldəki ayırıcı dirəyə çırpılıb.
Trend-in məlumatına görə, qəza nəticəsində ən azı 11 nəfər xəsarət alıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Qəzanın səbəbi araşdırılır.
Qeyd edək ki, bu, sutka ərzində Rusiya paytaxtında ikinci avtobus qəzasıdır.