XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 11:46

Afrində 712 terrorçu məhv edilib- 12 gündə

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 712 terrorçu məhv edilib.

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf məhv edilib. Əməliyyatın 12-ci günüdə isə 63 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı yanvarın 20-də başlayıb.