XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2018 - 18:00

Tramp BMT-də Qüdsə dəstək vermiş dövlətlərə yardımı kəsir:“ABŞ-ın suveren hüququ əleyhinə çıxdılar”

ABŞ prezidenti Donlad Tramp Konqresdə illik fəaliyyətlə bağlı çıxışı zamanı BMT-də Qüdslə bağlı səsvermədə iştirak edən dövlətləri  Amerikanın suveren hüquqlarına hörmətsizlikdə ittiham edib.

 Strateq.az bildirir ki, Tramp çıxışında BMT-dəki səsvermənin nəticələrini dolayısı ilə tənqid edib: “Ötən ay mən Yerusəlimi (Qüdsü -red) İsrailin paytaxtı kimi tanımışam. Bu, Senat tərəfindən yekdilliklə dəstəklənib. Bundan sonra onlarla dövlət BMT-nin Baş Assambleyasında Amerikanın suveren hüququ əleyhinə çıxaraq səs verdilər. Halbuki, Amerika vergi ödəyiciləri həmin ölkələrə səxavətlə milyardlarla dollar kömək göndərirlər”.

Prezident Tramp Konqresi bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb: “Mən konqresmenlərdən xahiş edirəm ki, bununla bağlı müvafiq qanun qəbul etsinlər. Qoy xarici kömək kimi ayrılan həmin dollarlar  həmişə ABŞ-ın maraqlarına  xidmət etsin və yalnız Amerikanın dostlarına göndərilsin”.

Trampın sözlərinə görə, ABŞ bütün dünyada dostluq münasibətlərini möhkəmləndirərkən bu həmçinin onların rəqiblərlə olan münasibətlərinə də aydınlıq gətirir.

Strateq.az