XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 19:04

Əfqanıstan-Pakistan sərhədində zəlzələ:həlak olan və yaralananlar var

Bu gün səhər saatlarında Pakistan-Əfqanıstan sərhədində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində azı 1 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Azərtac Geo TV telekanalına istinadla xəbər verir ki, yeraltı təkanlar İslamabad və Kəraçi də daxil olmaqla, Pakistanın bütün iri şəhərlərində hiss edilib. Ölkənin qərbində yerləşən Bəlucistan əyalətində fərdi evlərdən birinin damının uçması nəticəsində azyaşlı qız həlak olub, 10 nəfər yaralanıb. Sərhədyanı Xeybər-Paxtunxva əyalətində dövlət müəssisələrindən birinin təxliyəsi zamanı yaranan basırıqda isə ən azı 10 nəfər xəsarət alıb.

Əfqanıstanda həlak olan və yaralananlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla saat 10:59-da Kabil şəhərindən 272 kilometr şimal-şərqdə qeydə alınıb, zəlzələ ocağı yer səthindən 188 kilometr dərinlikdə yerləşib.