XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 19:14

Misirdə prezident seçkiləri:namizədlərin adları rəsmən açıqlanıb

Misir Milli Seçki İdarəsi prezident seçkilərində hazırkı dövlət başçısı Əbdülfəttah əs-Sisinin və Sabah partiyasının sədri Musa Mustafa Musanın namizəd olduqlarını rəsmən açıqlayıb.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Misir Milli Seçki İdarəsinin açıqlamasında Əbdülfəttah əs-Sisinin 549 deputatın dəstəyini aldığı, 161 min 707 seçicinin imzasını topladığı qeyd edilib. Digər namizəd Musa Mustafa Musanın isə 20 deputatın dəstəyini alaraq namizəd olduğu bildirilib.

Ölkənin seçki qanunvericiliyinə görə, namizədlər parlamentin deputatlarının 20 faizinin dəstəyini qazanmalı və ya 27 vilayətin 15-dən 25 min seçicinin imzasını toplamalıdırlar.

Parlamentdəki 16 müxalif deputatın formalaşdırdığı “25-30 bloku” martda keçiriləcək seçkilərə etiraz edərək namizədlərin heç birini dəstəkləmədiyini bəyan edib.

Misirdə seçkilərin birinci turunda xaricdə yaşayan vətəndaşlar üçün səsvermə martın 16-18-də təşkil olunacaq. Misirdə isə seçicilər martın 26-28-də səs verə biləcəklər.