XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 14:22

Netanyahu alman nazirin sözünü konfransda kəsdi:"Mən işin mahiyyətini danışmağı üstün tuturam”

Almaniya Xarici İşlər naziri Siqmar Qabriyel İsrail və Fələstinə bir günlük səfər edib.

Səfər çərçivəsində Qabriyel İsrail Baş naziri Benyamin Netanyahu və Fələstin rəhbəri Mahmud Abbasla görüşüb.

Görüşlər zamanı alman nazir İsrail – Fələstin münaqişəsinin iki dövlətli həllinin vacibliyini və rəsmi Berlinin bu mövqeyi dəstəklədiyini bildirib.

Netanyahu ilə görüşdə bu fikirləri söyləyən zaman insident baş verib.

Qabriyel “Sərhəd təhlükəsizliyini təmin etdikdən sonra iki dövlətli həlli dəstəklədiyi üçün Netanyahuya təşəkkür edirəm”, – deyib. Bu zaman Netanyahu Qabriyelin sözünü kəsib və iki dövlətli həll məsələsinə belə münasibət bildirib: “Hərbi idarəmiz altında olan Fələstinin bir dövlət kimi tanınıb-tanınmaması başqa məsələdir. Mən işin mahiyyətini danışmağı üstün tuturam”.

Qabriyel daha sonra çıxışını davam etdirib: “Məsələni başqa bir zaman gündəmə gətirə bilərəm”.

Qabriyel jurnalistin “Amerikalılar bu qədər açıq şəkildə tərəf tutaraq, uğurlu diplomatiya apara bilərmi? Digər dövlətlər ABŞ-ın yerinə keçməyə çalışır?” sualına isə belə cavab verib: “ABŞ-ın əksinə Avropa dövlətləri İsrailin münaqişəyə münasibətini yaxından izləyir”.

Teleqraf.com