XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

02 Fevral 2018 - 11:30

Yapon imperatorunun taxt-tacdan imtina mərasimi qapalı keçiriləcək –Adlar açıqlanmayacaq

Yaponiya hökuməti ictimaiyyəti İmperator Akihitonun taxtdan imtinası və vəliəhd-şahzadə Naruhitonun taxta çıxması ilə bağlı mərasimə hazırlıqla əlaqədar müzakirələr barədə məlumatlandırmaq niyyətində deyil.

Hətta bu məsələ ilə məşğul olacaq mütəxəssislərin adları belə açıqlanmayacaq. Bu barədə fevralın 2-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

Baş katib deyib: “Biz sakit şəraitdə işləmək istəyirik”. Bununla yanaşı, baş katib vəd edib ki, komitənin fəaliyyəti və nəticələr barədə hesabat müvafiq vaxtda ictimaiyyətə təqdim ediləcək.

“Konstitiusiyalı quruluşda yaşayan müasir Yaponiyada İmperatorun taxtdan imtinası ilk dəfə baş verəcək. Buna hərtərəfli hazırlaşmaq lazımdır”,-deyə Y.Suqa əlavə edib.

Xatırladaq ki, monarxın taxtdan imtinası ilə əlaqədar komitəyə İmperator saray dəftərxanasının rəhbərliyi və digər yüksək səviyyəli məmurlar daxildirlər. Onun işinə, eyni zamanda, hüquqşünaslar və tarixçilər də cəlb edilir.