XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 12:21

İslam Kərimovun qızı YUNSEKO-dakı  səfir vəzifəsindən istefa verib –FOTO

Özbəkistanın ilk prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva respublikanın YUNESKO-dakı səfiri vəzifəsindən ayrıldığını açıqlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə "Facebook"da yazıb.

Onillik diplomat təcrübəsini həyatının mühüm hissəsi hesab edən Lola Kərimova-Tillyayeva ölkəsinə xidmət göstərməsindən fəxr etdiyini vurğulayıb. Onun sözlərinə görə, bundan sonra fəaliyyətini mədəniyyət, təhsil, elm və ekologiya sahəsində layihələrin həyata keçirilməsi üzrə davam etdirəcək. Xatırladaq ki, 2017-ci ilin avqust ayında Lola Kərimova-Tillyayeva ailəsi, şəxsi məqsədləri və layihələri, eləcə də İslam Kərimov Fondu üzrə işlərlə əlaqədar ölkənin YUNESKO-dakı daimi nümayəndəsi olmaqdan imtina edəcəyini açıqlamışdı. Bundan başqa, o, "Sən tək deyilsən" ictimai uşaq fonduna başçılıq edir.