Paytaxtın Çukurambar rayonunda yerləşən vergi idarəsində baş vermiş partlayışın partlayıcı qurğudan qaynaqlandığı məlum olub.
Bu barədə Ankara Valiliyinin açıqlamasında deyilib. Aparılan araşdırmalara görə, şübhəli kişi içində bomba olduğu təxmin edilən çantanı idarənin girişinə qoyub. Bundan əlavə, həmin şübhəli şəxs qaçaq yolla Suriyanın PYD-nin nəzarətində olan ərazisindən Türkiyəyə qaçaq yolla daxil olub. Tədqiqatlar davam edir.
Xatırladaq ki, dünən axşam saatlarına sözügedən vergi idarəsində qaz sızmasından qaynaqlanan partlayışın olduğu barədə məlumatlar yayılmışdı. Türkiyənin təhlükəsizlik orqanlarının əməkdaşları bombanı binaya keçirmiş şəxsi zərərsizləşdirib. Hadisə ilə bağlı daha 8 nəfər saxlanılıb. (Report)