XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2018 - 11:47

BMT:"Şimali Koreya ötən il 200 milyon dollar qazanıb"

Ötən il Şimali Koreya beynəlxalq sanksiyalara baxmayaraq, öz mallarını ixrac edərək, təxminən, 200 milyon ABŞ dolları qazanıb.

"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu BMT-nin ekspertlərinin hazırladığı hesabatda deyilir.

Hesabatda bildirilir ki, 2017-ci ildə Şimali Koreya qanunsuz olaraq Rusiya, Çin, Cənubi Koreya, Vyetnam və Malayziyaya kömür ixrac edib, həmçinin Suriya və Myanmaya silah satıb.

2017-ci ildə bu ölkə Çinə 125 milyon ABŞ dolları dəyərində dəmir filizi ixrac da edib.