XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 13:57

Balkanlar haqqında“Yunker planı” açıqlanıb

Avropa Komissiyası altı Balkan ölkəsini mövcud olan ikitərəfli münaqişələri həll etməyə, korrupsiyaya qarşı mübarizə aparmağa çağırmaq, habelə Aİ-nin digər yeni üzvlərinin son 10 ildə həll etməli olduqları problemləri onlara göstərmək niyyətindədir.

Azərtac xəbər verir ki, Aİ-yə daxil olmaq növbəsində duran Balkan ölkələri haqqında “Financial Times” nəşrində dərc olunmuş “Yunker planı” adlanan sənəddə belə deyilir.

Bununla belə hesab edilir ki, artıq Avropa İttifaqına daxil olmaq barədə danışıqlar aparan Serbiya və Monteneqro quruma tezliklə üzv olmağa ən real namizəddirlər.

Bu plan Böyük Britaniya Aİ-dən çıxandan sonra Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin qurumu genişləndirmək vədini həyata keçirmək cəhdidir. Qəzet yazır ki, J.K.Yunker martda Balkan ölkələrinə səfər edəcək. Bu ölkələrin Avropa İttifaqına daxil olması may ayında Sofiyada Avropa İttifaqı Sammitində müzakirə olunacaq.

Avropa Komissiyasının sədri ötən il sentyabrın ortalarında Avropa Parlamentində Avropa İttifaqında vəziyyət barədə ənənəvi müraciətlə çıxışında Aİ-nin inzibati strukturlarında islahatlar aparılmasının, habelə avrozonanın və bütün Avropa İttifaqının genişləndirilməsinin zəruri olduğunu bəyan edib. Bundan əlavə, Avropa Komissiyasının sədri üzv ölkələri Avropa İttifaqı daxilində daha sıx əməkdaşlıq etməyə çağırıb.