XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 18:16

Hindistana məxsus tanker Afrika sahillərindəyoxa çıxıb

Göyərtəsində 22 dənizçinin olduğu Hindistana məxsus tanker yoxa çıxıb.

Trend-in məlumatına görə, 48 saat əvvəl, gəmi Benin sahillərində olarkən onunla əlaqə itib.

"Marine Express" gəmisi ümumi dəyəri 8,1 milyon dollar olan 13,5 min ton yanacaq aparırmış.

Ehtimal olunur ki, gəmi dəniz quldurları tərəfindən ələ keçirilib. Lakin bu versiya hələ ki təsdiqini tapmayıb. Hindistan hökuməti Benin və Nigeriyanın müvafiq qurumlarına tankerin tapılmasında yardım etmələri üçün müraciət edib.