Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində İŞID terrorçu qruplaşmasına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirib.
Azərtac xəbər verir ki, şəhərin 10 rayonunda eyni vaxtda keçirilmiş əməliyyatda 77-si xarici olmaqla 82 nəfər şübhəli qismində saxlanılıb. Rəsmi mənbələrin məlumatına görə, zərərsizləşdirilmiş mütəşəkkil dəstənin terror aktı hazırlaması barədə sübutlar var.