XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2018 - 21:18

Yaponiyanın xarici işlər naziri:"ABŞ-ın yeni nüvə doktrinasını alqışlayırıq!"

Yaponiyanın xarici işlər naziri Taro Kono ABŞ-ın yeni müdafiə strategiyası çərçivəsində nüvə cəbhəxanasının modernləşdirilməsi barədə bəyanatını alqışladıqlarını bildirib.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, T.Kono fevralın 3-də yayılmış bəyanatında ABŞ-ın siyasətində baş verən dönüşün Şimali Koreyanın nüvə-raket proqramlarının və regionda artan gərginliyin nəticəsi olduğunu qeyd edib. Nazir bildirib ki, Vaşinqtonun ABŞ-ın əvvəlki administrasiyanın nüvə silahını “birinci istifadə etməmək” siyasətindən fərli mövqeyi onun Yaponiya kimi müttəfiqlərini dəstəkləmək niyyətinin ciddiliyindən xəbər verir. T.Kono bəyan edib ki, Yaponiya, eyni zamanda, təhlükəsizliklə bağlı vəziyyətin nə dərəcədə gərgin olduğunu başa düşür, yeni strategiya ABŞ-ın nüvə silahını ləğv etmək cəhdlərinə uyğundur. T.Kono deyib ki, Yaponiya bu işə həlledici töhfələr verməyə hazırdır.