Suriyanın şimalında yerləşən İdlib şəhərində vurulan təyyarənin Rusiyaya məxsus "Su-25" olduğu bildirilir.
“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Pilotun katapult etdiyi bildirilir.
"Sky News Arabia" telekanalının məlumatına görə, təyyarə "yer-hava" sinifli raketlə vurulub.
Məlumat öz rəsmi təsdiqini tapmayıb.