XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 15:58

Rusiya təyyarəçisi yerdə terrorçularla döyüşüb özünü partlatdı –FOTOLAR, VİDEO

Rusiya Hava Kosmik Qüvvələrinin ötən həftə sonu Suriyanın İdlib əyaləti üzərində vurulan Su-25 döyüş təyyarəsinin katapult edərək yerə enəndən sonra “Ən-Nüsra Cəbhəsi” yaraqlıları ilə döyüşərək həlak olan pilotu mayor Roman Filipovdur.

Virtualaz.org xəbər verir ki, terrorçular pilotun sənədlərinin, düyməli mobil telefonunun və bank kartlarının görüntülərini internetdə yayıblar. “Kommersant” yazır ki, mayor Filipov təyyarəni xilas edə bilməyəcəyini görərək katapult düyməsini basıb. Terrorçular onun paraşütünü havada görən kimi atıcı silahlardan atəşə tutublar. Lakin pilot yerə salamat enib, özünə mövqe seçərək möhkəmlənib və yerini Hmeymin aviabazasının axtarış-xilasetmə qüvvələrinə bildirib. Yaraqlılar pilotun mövqeyini müəyyən edərək onu əsir götürməyə çalışıblar, ancaq mayor xidməti tapançası ilə döyüşə girərək onlardan ikisini yaralayıb. Vəziyyətin çıxılmaz olduğunu görəndə isə özünü qumbara ilə partladıb. Gözlənilir ki, pilota ölümündən sonra Rusiya Qəhrəmanı adı veriləcək.