XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

07 Fevral 2018 - 12:05

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb- Orta qiymət açıqlandı

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiymətinə dair proqnozunu yüksəldib.

Azərtac xəbər verir ki, bu barədə EIA-nın fevral ayı üzrə hesabatında deyilir. Bildirilir ki, 2018-ci ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 62 dollar olacaq. “Light” markalı xam neftin bir barrelinin orta qiymətinin isə 58 dollar olacağı təxmin edilir.

Bununla da əvvəlki proqnozu ilə müqayisədə EIA həm “Brent”in, həm də “Light” neftinin cari il üçün orta qiymətinə dair proqnozunu 2 dollar/barrel artırıb.

Yanvardakı hesabatında EIA 2018-ci ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 60 dollar, “Light” markalı xam neftin bir barrelinin orta qiymətinin isə 56 dollar olacağını nəzərdə tuturdu.