XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Fevral 2018 - 19:12

Türkiyədə casus şəbəkəsi ifşa olunub

Türkiyənin Suriya ilə sərhəddəki Şanlıurfa vilayətində Afrində terrorçulara məlumat ötürən casus şəbəkəsi ifşa olunub.

Trend-in məlumatına görə, həyata keçirilən əməliyyat nəticəsində 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin Afrində YPG terrorçuları ilə əlaqə yaratdığı və onlara Türkiyə Silahlı Qüvvələrinin hərəkəti barədə məlumatları ötürdüyü məlum olub. Saxlananların şəxsiyyəti barədə məlumat verilməyib.